"Sabah" üçün “Sankt-Pauli”

12 İyul 2023 22:40 Sabah 1 197
"Sabah" üçün  “Sankt-Pauli”

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

Sportinfo.az Masazır təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə üz-üzə gələcək.

İyulun 15-də İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

"Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti