“Futbol oynamağa başladığım gündən millinin formasını geyinməyi xəyal edirəm”

11 İyul 2023 21:00 Sabah 1 182
“Futbol oynamağa başladığım gündən millinin formasını geyinməyi xəyal edirəm”

“Futbol oynamağa başladığım gündən milli komandanın formasını geyinməyi xəyal edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yeni futbolçusu Rəhman Daşdəmirov deyib.

Premyer Liqanın gümüş medalçısının yay fasiləsində ilk transferi olan 23 yaşlı mərkəz müdafiəçisi bildirib ki, aşağı yaş qrupları üzrə yığmalara dəvət alsa da, əsas komandaya çağırılmaq ona qismət olmayıb.

"Şamaxı"nı Masazır klubuna dəyişən arxa xətt oyunçusu qeyd edib ki, "Sabah"dan aldığı dəvəti bu baxımdan ələ düşən əla fürsət kimi qiymətləndirmək mümkündür:

“Çünki əsas yığmada çıxış etmək hər futbolçu üçün şərəfdir. Ümid edir və inanıram ki, bu şərəfə nail olmaq mənə də qismət olar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti