Azərbaycan klubu özünə daha bir tərəfdaş tapdı - FOTOLAR

10 İyul 2023 12:40 Sabah 1 435
Azərbaycan klubu özünə daha bir tərəfdaş tapdı - FOTOLAR

“Sabah” FK və “Bakupan” şirkəti arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, anlaşmaya əsasən, şirkət qarşıdakı 1 il ərzində hazırda yenidənqurma işləri həyata keçirilən “Bank Respublika Arena”da “fan shop” və müxtəlif əmtəə satış məntəqələrinin qurulmasını təmin edəcək.

Müqaviləni “Sabah”ın icraçı direktoru Ramin Həsənov və “Bakupan”ın direktoru Şahruz Həsənzadə imzalayıblar.

Öz sahəsinin qabaqcıl şirkətlərindən olan “Bakupan” 10 ildən çoxdur ki, sendviç panellərin istehsalı, dam örtükləri, prefabrik tikililər, konteynerlər, asma tavanlar və izolyasiya sistemlərinin satışı ilə məşğuldur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti