Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin yüksək liqasında çıxış edən “Əl-Sədd” klubu ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Görüş Kematen stadionunda keçirilib.
"Sabah"ın yoxlama oyunu keçirəcəyi digər rəqiblər hələlik bəlli deyil.
"Sabah" - "Əl-Sədd" - 3:1
Qollar: Namik Ələskərov, 4 (1:0), Con İrasabal, 30 (2:0) Afram Afif, 62-pen (2:1), Emmanuel Apeh, 63 (3:1)

