“Sabah”la bağlı DƏHŞƏTLİ FAKT!

4 Mart 2023 15:00 Sabah 1 807
“Sabah”la bağlı DƏHŞƏTLİ FAKT!

Çempionatın sürpriz komandalarından olan “Sabah”da diqqətçəkən məqam komandanın qeyri-sabit təsir bağışlamasıdır.

“Tələbələr” bir neçə oyunu ard-arda udduğu halda, bəzən uğursuzluq zolağına düşür ki, ordan çıxmaq müşkülə çevrilir.

Və ən maraqlısı, Murad Musayevin çalışdırdığı kollektivin itirdiyi xalların çoxu əsas rəqibləri, yəni ilk “5-lik”dəki komandalarla yox, ikinci “5-lik”dəki kollektivlərlə görüşlərə təsadüf edib.

“Sabah” 24 oyunda mümkün 71 xaldan 53-nü qazanıb, 19-nu itirib.

Statistika üzərində kiçik “gəzişmə” edəndə ortaya maraqlı məqam çıxdı.

Geridə qalan 24- turda “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalarla görüşlərdə cəmi 7 xal itirib. Və itkilərin hamısı “Qarabağ”la matçlara təsadüf edib.

Masazır təmsilçisi son çempiona 1 dəfə uduzub, 2 halda heç-heçə edib, “Neftçi”, “Qəbələ” və “Zirə”ni bütün oyunlarda udub.

Yerdə qalan 12 xal itkisi ikinci “5-lik”dəki rəqiblərlə qarşılaşmalarda yaşanıb. “Tələbələr”in Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlarla göstəricisi belədir.

Sabah – Səbail 0:0

Sabah – Şamaxı 1:1

Kəpəz – Sabah 2:2

Sabah – Turan Tovuz 0:2

Şamaxı – Sabah 2:1

Əminik ki, Murad Musayev məlum vəziyyətin fərqindədir. “Qarabağ” kimi güclü rəqibə 3 oyunun yalnız 1-də boyun əyən kollektiv “Turan Tovuz”la “Şamaxı”ya uduzub, “Səbail” və “Kəpəz”lə bərabərə qalırsa, burada iki səbəb axtarmaq olar.

Ya “Sabah” sıx müdafiəni yara bilmir, ya da futbolçuların nisbətən zəif rəqiblərlə oyunlara köklənmək baxımından problemi var.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti