Klub rəsmisi hakimlə mübahisə etdi, 3200 manat AFFA-nın cibinə getdi

4 Mart 2023 01:10 Sabah 696
Klub rəsmisi hakimlə mübahisə etdi, 3200 manat AFFA-nın cibinə getdi

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Şamaxı” ilə keçirilən oyundan sonra rəsmi şəxsləri ilə birinci köməkçi hakim arasında mübahisə yaşandığı üçün “Sabah” 3200 manat cərimələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.

Eyni zamanda, “Turan Tovuz”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimə ödəməli olacaq.

“Kəpəz”in isə 4 üzvü “Sumqayıt”la qarşılaşmada sarı vərəqə aldığından, gəncəlilər də eyni məbləğdə cəriməyə məruz qalıblar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü