Tanınmış telejurnalist bu komandayla bağlı hər şeyi danışdı - VİDEO

26 Fevral 2023 13:00 Sabah 826
Tanınmış telejurnalist bu komandayla bağlı hər şeyi danışdı - VİDEO

Mövsümün əvvəlində oynadığı futbolla hamının rəğbətini qazanan "Sabah" çempionluğa namizəd göstərilirdi.

Belə təəssürat yaranmışdı ki, son illərdə "Qarabağ" və "Neftçi"nin iştirakıyla keçən qızıl mücadiləsinə daha bir real namizəd qoşulub.

Murad Musayevin çalışdırdığı kollektiv axır turlara kimi yaxşı gəlmişdi. "Neftçi"ni turnir cədvəlində qabaqlayan "tələbələr"in "Qarabağ"la yarışmada tək qalması sezonun ən maraqlı yeniliyi kimi qeyd olunurdu.

Hər şeyin yolunda getdiyi bir vaxtda alınan 2 məğlubiyyət, buraxılan qolların eynisinin "kopyası" olması Masazır komandasının oyun planının çözüldüyü fikirlərini ön plana çıxarıb.

Etopaz-ın sponsorluğu ilə yayımlanan Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov "Sabah"ın mövcud durumundan danışıb. Məğlubiyyətlər fonunda bütün gerçəklikləri masaya yatırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti