"Əşşi, bizimdir də…" arxayınlığının yaratdığı fəsadlar

26 Fevral 2023 09:40 Sabah 622
"Əşşi, bizimdir də…" arxayınlığının yaratdığı fəsadlar

Bu tur da uduzdular. Murad Musayev ötən ilin payızından «Sabah»dadır və komanda onun başçılığı altında ilk dəfə ardıcıl iki həftəni məğlubiyyətlə qapadır.

Premyer Liqanın minimum gümüş medalını əldə eğməyə ən real namizədin çempionatda qalmaq uğrunda çarpışan iştirakçılara yenilməsi də bir başqa dərddir.

Ötən həftə «Turan Tovuz» Masazırdan 3 xalı çəkib apardı, bu dəfə də «Şamaaxı» doğma meydanda qələbəylə tanış oldu.

«Əşşi, onsuz da, ikinci yer bizimdir, Konfrans Liqasının bileti da üstəlik» havası əsir «Sabah»ın üzərində. Mövsüm hələ başa çatmayıb, bunlar vaxtından əvvəl eyforiyaya qapılıblar.

Bu əminliyin təsiri bütün futbolçuları öz içinə alıb.

Rahatdılar. Bir nəfəri fərqləndirib qeyd edə bilmirsən ki, yox e, bu futbolçu əla oynayır, digərləri ayaq sürüyür. Hamısı eyni günjdədir. İşlərini bitmiş, tamam sayırlar və rəqiblərə yuxarıdan-aşağı baxırlar.

Bu, bir daha təsdiq edir ki, «Sabah»ın formasını geyinənlər digər komandaları rənglərinə görə müxtəlif kateqoriyalara bölür, kiminə ciddi, kiminə qeyri-ciddi yanaşırlar.

Bu yerdə Arsen Vengerin sözü yadıma düşür.

Uzun illər «Arsenal»ı çalışdırmış məşhur fransız deyirdi ki, titul qazanmaq istəyən komanda bu iddiada olan rəqiblərlə oyunların nəticəsi ilə məqsədinə çata bilməz, kim turnir cədvəlinin aşağı pillələrində qərarlaşanlarla oyunlarda az xal itkisinə yol verərsə, o da arzusuna yetişəcək.

«Sabah»ın futbolçularında həmin o istək və arzu hiss olunmur.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti