Rövnəq Abdullayev gəldi, SENSASİYA OLDU - FOTOREPORTAJ

26 Fevral 2023 02:20 Sabah 967
Rövnəq Abdullayev gəldi, SENSASİYA OLDU - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, günün ilk görüşü Şamaxıda keçirilib.

Eyniadlı komanda AFFA prezidenti Rövnəq Abdullayevin də təşrif buyurduğu doğma arenada çempionatın iddialılarından “Sabah”ı qəbul edib.

Mövsümün ikinci dövrəsində güclü rəqibi ilə heç-heçə (1:1) edən bölgə təmsilçisi bu dəfə qələbə qazanıb – 2:1.

Hesabı 72-ci dəqiqədə meydan sahibləri açıblar. Amil Yunanov qapıçı ilə təkbətək epizodda toru silkələyib. Cəmi 5 dəqiqə sonra qonaqlar Aleksey Kaşukun qolu sayəsində status-kvonu bərpa ediblər.

Lakin 90+5-ci dəqiqədə penaltidən dubla imza atan Amil Yunanov turun ən böyük sensasiyasının memarı olub.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” 53 xalda qalıb. “Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq, son pillədən qurtulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti