Rövnəq Abdullayevdən maraqlı sual: “Niyə uduzduz?”

26 Fevral 2023 16:40 Sabah 1 776
Rövnəq Abdullayevdən maraqlı sual: “Niyə uduzduz?”

Premyer Liqanın 24-cü turu çərçivəsində “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edib - 2:1.

Oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də olub.

Assosiasiya rəhbəri VİP-lojada Şamaxının icra başçısı Tahir Məmmədov və “Sabah”ın idman direktoru İqor Ponomaryovla yanaşı əyləşib.

Rövnəq bəy jurnalistlər üçün ayrılmış sektorun yuxarı hissəsindən əyləşdirindən, Ponomaryovla nə danışdığına qulaq şahidi olmaq çətin deyil.

AFFA prezidenti İqor Anatolyeviçlə söhbətdə “Sabah”ın oyunundan və nəticələrindən zövq aldığını deyərək, çempionat oyunlarını mümkün qədər izləməyə çalışdığını söyləyib.

Söhbətin davamında isə “Turan Tovuz”a niyə uduzduz” sualını verib. “Sabah”ın idman direktoru çiyinlərini çəkərək, futbolda bu cür halların yaşandığını bildirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti