"Heç yerdə belə mehriban və gülərüz insanlara rast gəlməmişəm"

21 Fevral 2023 00:50 Sabah 905
"Heç yerdə belə mehriban və gülərüz insanlara rast gəlməmişəm"

"Bakı məni mehriban və hərarətlə qarşıladı".

Sportinfo.az xəbər verir ki, bunu qış fasiləsində "Sabah"ı Belarus "Minsk"inə dəyişən qapıçı Aleksandr Neçayev Bakıdakı həyat tərzi barədə "Pressball" nəşrinə müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, şəhərlə bağlı yalnız müsbət təəssüratları var:

"Bir çox ölkələrdə olmuşam. Amma heç yerdə belə mehriban və gülərüz insanlara rast gəlməmişəm. Azərbaycan mentalitetini Belarusla müqayisə etsək, fərq hiss olunur.

Yenidən Bakıya uçsam, bu, ən yaxşı dostumu ziyarət etmək kimi olar. Başqa cür deyil. Ən güclü emosiyalarım oradakı insanlarla bağlıdır".

"Sabah"a 2022-ci ilin yanvarında ölkəsinin "Rux" klubundan keçən Aleksandr Neçayev cari mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti