Respublikanın bu rayonunda kənd gəncləri da klub yaratdı - FOTO

17 Oktyabr 2023 23:40 Region Liqası 654
Respublikanın bu rayonunda kənd gəncləri da klub yaratdı - FOTO

Xaçmazda ikinci futbol klubu fəaliyyətə başlayıb.

Yeni komanda ŞKGB adlanır.

Təbii ki, bunun da adı var. Belə ki, ŞKGB-nin açması Şimal Kəndli Gənclər Birliyidir.

Respublikanın şimal rayonunda yaradılan komanda Region Liqasında mübarizə aparacaq. AFFA artıq onlar iştirakçılar sırasına daxil edib.

Daha əvvəl Xaçmazda «Şimal» həyata «göz açıb». «Xəzər Lənkəran» və «Simurq»dan tanıdığımız Tural Cəlilovun yaratdığı kollektiv də Region Liqasında qüvvəsini sınayacaq.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

AFFA Region Liqası ilə bağlı planını dəyişib. Federasiya çempionatda çıxış edəcək komandalara ayırdığı ümumi vəsaitin miqdarını artırmaq fikrindən vaz keçib.

İştirakçılar yenə əvvəlkitək hər oyuna görə 300 manat alacaq.

Qurum son günlərə görə bu məbləği 500-600 manatadək yüksəltməyi götür-qoy edirdi. Görünür, büdcədə bunun üçün pul tapmaq mümkün olmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti