Bu şəxs Cavid Hüseynovun yerinə baş məşqçi təyin olundu

13 Sentyabr 2022 14:40 Region Liqası 2 344
Bu şəxs Cavid Hüseynovun yerinə baş məşqçi təyin olundu

«Cəbrayıl»da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Azər Nəsirov 3 ay öncə «Şamaxı»da işə başlayan Cavid Hüseynovun yerinə gətirilib.

Ötən ilin yayında yaradılan «Cəbrayıl»FK Region Liqasının qalibi oldu.

Finalda «Xan Lənkəran»ı 1:0 hesabıyla üstələyən Qarabağ təmsilçisi, beləcə, debüt mövsümünü titulla başa vurdu.

Bundan sonra Cavid Hüseynov «Şamaxı»dan təklif aldı və Premyer Liqada çalışmağa qərar verdi.

Belə vəziyyətdə açıq qalan bir sual öz cavabını axtarırdı – «Cəbrayıl»ın sabahı necə olacaq?

AFFA bu klubun fəaliyyətini davam etdirməsini öz üzərinə götürüb, ilk sezondakı kimi ona maliyyə yardımı ayırıb.

Cəbrayılın eyniadlı təmsilçisi yenə paytaxtda məskunlaşıb və ev oyunlarını burada keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş