“Qarabağ” ”Real”ın formasını geyinmiş hücumçunun razılığını aldı - Transferdə SON DURUM

13:00 Qarabağ 3 835
“Qarabağ” ”Real”ın formasını geyinmiş hücumçunun razılığını aldı - Transferdə SON DURUM

Heyətini gücləndirmək üçün yeni oyunçu axtarışına davam edən “Qarabağ” bir neçə legionerlə danışıqlar aparır.

Polşa mətbuatı bu yöndə yeni xəbər paylaşıb.

"Rabona Media" portalında çalışan həmkarlarımızın yazdığına görə, Azərbaycan çempionu “Legiya”da çıxış edən Mark Qualın transferində israrlıdır.

29 yaşlı ispaniyalının hazırkı klubu ilə daha 1 illik müqaviləsi var. Bu səbəbdən “Legiya”nın tələb etdiyi transfer haqqını ödəmək lazımdır.

İki il öncə Ukrayna “Dnepr”indən azad agent kimi gələn forvard son mövsümdə 47 oyuna 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu qollardan 7-ni 13 oyun keçirdiyi Konfrans Liqasında vurub.

marc gual legia 2 - Futbolinfo.az

Məhz avrokuboklardakı uğurlu çıxışı ilə “Qarabağ”ın diqqətini çəkən forvarda görə 700-800 min avro istənilir. Ağdamlılar isə yarım milyon xərcləməyə razıdır və son təklifində məhz bu rəqəmi göstərib.

İspaniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Espanyol B”, “Sevilya B”, “Saraqosa”, “Jirona”, “Real B” (Madrid), “Alkorkon” və “Yagelloniya”da tər töküb.

“Sevilya” onu bir neçə dəfə icarəyə verib. Mark heç vaxt hansısa komandaya transfer olunmayıb - ya icarədə çıxış edib, ya da azad agent kimi klub dəyişib.

Saytımıza daxil olan son dəqiqə məlumatına görə, ağdamlılar aıdçəkilən mərkəz hücumçusunu Azərbaycana gəlməyə razı salıb.

“Köhlən atlılar “Qualın şəxsi müqavilə şərtlərini qəbul edib. Yeganə problem Varşava təmsilçisi ilə bağlıdır.

Belə ki, polyaklar ispanı daha baha qiyməta satacaqlarına ümidvar olduğundan, təzminatın məbləğində güzəştə getmək istəmir. Çünki prineyliyə ərəb ölkələrindən və ABŞ-dan maraq göstərən 3-4 klub var.

SPORTİNFO.AZ

DhaQGI2XUAExob9 - Futbolinfo.az
Digər Xəbərlər
Xəbər Lenti