“Qurban Qurbanov ona görə 500 min dollar ödənilməsinə razılıq verirsə...” - VİDEO

10 Fevral 2024 17:40 Qarabağ 2 878
“Qurban Qurbanov ona görə 500 min dollar ödənilməsinə razılıq verirsə...” - VİDEO

“Futbol riyaziyyat deyil və burada kimin ona necə yanaşması əsasdır”.

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Qarabağ”ın yeni transferi Aleksey İsayev haqda rəy verib.

Tanınmış teleşərhçi “köhlən atlılar”ın 500 min dollar qarşılığında “Sabah”dan heyətinə qatdığı yarımmüdafiəçinin burada özünü yaxşı tərəfdən göstərəcyinə əminliyini ifadə edib:

“Əgər Qurban Qurbanov kimi onu illərlə izləyirsə və sonda ona görə 500 min dollar ödənilməsinə razılıq verirsə, deməli, İsayevlə bağlı planları böyükdür.

Onun statistik göstəriciləri ilə tanış deyiləm. Amma mənə elə gəlir ki, o, “Qarabağ”ın ən çox qaçan futbolçularından biridir.

Pressinqi mükəmməldir. Topla rəftarı əladır. Komandaya uyğun futbolçudur”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti