Qurban Qurbanovun gündəmə bomba kim düşən VİDEOsu haqda SON MƏLUMAT!

28 Aprel 13:00 Qarabağ 2 735
Qurban Qurbanovun gündəmə bomba kim düşən VİDEOsu haqda SON MƏLUMAT!

Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sabah"la heç-heçəyə imza atan (1:1) "Qarabağ" 12-ci çempionluğunu vaxtından əvvəl təmin edib.

Oyundan sonra baş məşqçi Qurban Qurbanov soyunub-geyinmə otağında futbolçularını çempionluq münasibətilə təbrik eləyib və hər biri ilə görüşüb.

Lakin o, bir nəfərlə əl sıxmayıb. Bu, komandanın müdafiəçisi Bəhlul Mustafazadədir. Görüntülərdə sonuncunun buna əsəbləşdiyi diqqət çəkir.

Qurbanovun onunla görüşməməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Azarkeşlər bunun səbəbini anlamağa çalışıblar.

qarabagdan-qurbanovun-behlulla-gorusmemesi-barede

Hətta Bəhlul Mustafazadə ilə baş məşqçisi arasında problem olduğunu və bunun futbolçunun nizam-intizamsız davranışı ilə əlaqədar olduğunu iddia edənlər də tapılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev olaya bu cür aydınlıq gətirib:

“Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var.

Həmin məqama gəldikdə, Q. Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib.

Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı.

Qurban Qurbanov çempion olduqdan sonra… Paltardəyişmə otağndan VİDEO

Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var”.

Saytımız olayla ilgili bəzi məlumatlara yiyələnib. Əldə etdiyimiz informasiyaya görə, Qurbanovun onun yanından düz keçməsi Mustafazadənin özünü xeyli təəccübləndirib.

Müdafiəçi yaxınları ilə söhbətdə baş məşqçi ilə heç bir problem yaşamadığını, bu üzdən hadisənin motivinin ona qaranlıq qaldığını bildirib.

O, eyni zamanda, çalışdırıcı ilə təkbətək görüşmək niyyətində olduğunu söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!