“Qarabağ”a xüsusi önəm verilməsinin kökündə nə dayanır?

21 Fevral 2024 19:40 Qarabağ 1 512
“Qarabağ”a xüsusi önəm verilməsinin kökündə nə dayanır?

Bəlkə də kənardan baxanlar elə bilir ki, Avropa Liqasının rəsmi “instagram” səhifəsini hansısa azərbaycanlı idarə edir.

Səhifədə tez-tez “Qarabağ”la bağlı paylaşıma rast gəlmək mümkündür. Həftədə azı bir dəfə.

Turnirdə kifayət qədər güclü komandaların mübarizə apardığını nəzərə alsaq, bizimkilərə və Türkiyə klublarına xüsusi marağın kökündə nəyin dayandığını anlamaq çətin deyil.

İş burasındadır ki, avropalılardan fərqli, türk dövlətlərindən olan ölkələrin futbolsevərləri sosial şəbəkə paylaşımlarına xüsusi önəm verir. Postu bəyənir, saysız-hesabsız şərhlər yazırlar. Bu hal adminlərə sərf edir.

Belədə səhifə aktiv qalır, daha çox adama görünür və tam təbii olaraq izləyici sayı çoxalır.

Məsələn, sonuncu dəfə Abdullah Zubirin “Braqa” səfərində vurduğu dördüncü qolla bağlı paylaşım edilib ki, posta “Braqada xüsusi gecə” başlığı qoyulub. Bu paylaşıma 46 min “bəyənmə” gəlib, 1300-ə yaxın rəy yazılıb.

“Qarabağ”la bağlı elə videolar var ki, onlara baxış sayı 100 mindən artıqdır.

Bu, sözsüz, hər iki tərəfə sərf edir. Həm Avropa Liqasının adminlərinə, həm də “Qarabağ”a. Yəni klubun daha çox tanınmasına.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti