"Belə olmasını istəmərəm" - "Qarabağ"ın legionerinin ŞİKAYƏTİ VAR

26 Fevral 2024 09:20 Qarabağ 4 918
"Belə olmasını istəmərəm" - "Qarabağ"ın legionerinin ŞİKAYƏTİ VAR

“Sumqayıt”a qarşı yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm.

Matç boyu nizam-intizama riayət etdik.

Məşqdəki planlarımızı bugünkü matçda həyata keçirə bildik. Qalib gəldiyimiz üçün sevinirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Mateus Silva Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Braziliyalı legioner “Braqa” ilə matçdan fərqli olaraq bu görüşü 700-800 azarkeşin izləməsinə görə təəssüfləndiyini bildirib:

“Təbii ki, cümə axşamı ilə müqayisədə bu matçda azarkeş baxımından böyük fərq var. Belə olmasını istəmərəm.

Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər, bizi dəstəkləsinlər. Azarkeş çox olanda stadiondakı ab-hava da tam başqa olur”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM