Miçel 100-ə çatdı

9 Dekabr 2019 12:36 Qarabağ 1 020
Miçel 100-ə çatdı

Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın futbolçusu Miçel üçün əlamətdar olub. Sportinfo.az xəbər verir ki, tam adı Markus Madera olan ispaniyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Bu yubiley “Keşlə” ilə ev matçına (2:2) təsadüf edib.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub. Ölkəmizdə yalnız bir klubda çıxış edən yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurub: 2015/16 – 24 oyun (4 qol), 2016/17 – 25 oyun (4 qol), 2017/18 – 23 oyun (3 qol), 2018/19 – 19 oyun (5 qol), 2019/20 – 9 oyun.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"