Türkiyə kanalı - "Qarabağ"ın bu oyunçusunu transfer etmək istəyirlər

7 Fevral 2024 09:00 Qarabağ 4 027
Türkiyə kanalı - "Qarabağ"ın bu oyunçusunu transfer etmək istəyirlər

"Qarabağ"ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Qalatasaray" maraqlıdır.

Bu barədə "Haber Global" məlumat yayıb.

İstanbul nəhənginin Azərbaycan milli komandasının üzvü üçün hərəkətə keçdiyi bildirilir.

Toral Bayramov bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti