“Onunla danışa bilmədim, yəqin gizlənirdi, bəlkə o qolu vursaydı…“ - VİDEO

17 Fevral 2024 04:00 Qarabağ 1 323
“Onunla danışa bilmədim, yəqin gizlənirdi, bəlkə o qolu vursaydı…“ - VİDEO

“Nərimanla ayrılıqda danışmadım.

Soyunma otağına gələndə görmədim, yəqin gizlənirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi Nəriman Axundzadənin oyuna əlavə edilən vaxtda əlverişli epizodda qol vura bilməməsindən danışıb:

“Nəriman oyundan sonra göz yaşını saxlaya bilmədi, sanki fikri o epizodda qalmışdı. Amma normal baxıram.

Bu cür yanaşırsa, demək ki, məsuliyyəti dərk edir. Bəlkə o qolu vursaydı, daha gec böyüyəcəkdi. Vurmadığına görə tez böyüyəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti