"Qarabağ" tanınmış funksionerə vəzifə vermək niyyətindədir

4 Fevral 2024 12:20 Qarabağ 2 015
"Qarabağ" tanınmış funksionerə vəzifə vermək niyyətindədir

Bugünlərdə «Qəbələ»nin baş meneceri vəzifəsindən istefa verən Nail Kərimov fəaliyyətin «Qarabağ»da davam etdirə bilər.

Əsas komandanın uğursuz mövsüm keçirməsi səbəbindən 18 illik iş yerindən ayrılan idarəçi Ağdam təmsilçisi ilə danışıqlara başlayıb.

«Qarabağ»dan əldə etdiyimiz məlumata görə, təcrübəli funksionerin tezliklə burada işlə təmin olunması gündəmdədir.

Hər halda o, klub təsərrüfatında çalışmaq praktikasına malikdir və «köhlən atlılar» düşünür ki, Kərimov akademiya sahəsində onlara çox kömək edə bilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti