Yox-yox… Qurban Qurbanov imkan verməyəcək!

16 Fevral 2024 21:20 Qarabağ 1 725
Yox-yox… Qurban Qurbanov imkan verməyəcək!

Düz 15 ildir ki, «Qarabağ» Avropa meydanlarında at çapır.

Elədən beləyə, belədən eləyə...

Adladıqları məsafə Azərbaycan standartlarının çox-çox üstündədir. Bunu danan nadandır!

2017-ci il. «Qarabağ» Çempionlar Liqasının pley-offundadır. Rəqib «Kopenhagen»dir.

«Qarabağ» Bakıda Mahir Emrelinin yeganə qoluyla 1:0 qazanır. Hələ heç nə bitməyib.

«Kopenhagen» çempionumuzu Danimarkada gözləyir. 1:2 hesabıyla uduzuruq,

Dino Ndlovunun səfər qolu isə «Qarabağ»ı tarixində ilk dəfə qitənin ən prestijli klub turnirinin qrup mərhələsinə daşıyır.

İl 2024. «Qarabağ» tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinin həyacanını yaşayır.

Yox-yox, bu həyacan hələ bitməyib!

«Qarabağ» Braqada növbəti raundun qapısını yarıyadək araladı, qaldı o qapını Bakıda tamamilə açmaq. O da gələn həftə.

Ümid edirəm, «Qarabağ»ın futbolçuları eyforiya gölündə üzməyə tələsmir.

Ümid edirəm, Qurban Qurbanov onları vaxtından əvvəl arxayınlaşmağa qoymayacaq.

Azərbaycanı Qarabağ zəfərindən sonra sevindirmək sırası yenidən «Qarabağ»dadır. Döyüş meydanında qazandığımız möhtəşəm zəfəri futbol meydanında da dünyaya tanıtmaq indi «Qarabağ»a düşüb.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti