“Möhtəşəm tarixi anlar yaşadıq.
“Qarabağ” “Braqa”nı meydanında “boğdu”.
Matçönü təhlillərdə dediyimiz kimi, rəqib hücumda yaxşı təsir bağışlasa da, müdafiə olunmada problemləri mövcuddur.
Romao və Yankoviç tandeminin performansı komandanı mərkəzdə daha “diri” saxladı”.
Bu sözləri Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov deyib.
Tanınmış jurnalist “Braqa” – “Qarabağ” matçı (1:4) ilə bağlı fikirlər səsləndirib, bir sıra maraqlı şərhləri ilə diqqət çəkib.
O, Qurban Qurbanovun Portuqaliyadan olan rəqibi hərtərəfli analiz etdiyini, futbolçuların verilən tapşırıqların icrasına diqqətlə yanaşdıqlarını bildirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

