“Braqa”nın baş məşqçisi vəd verdi: “Qarabağ”ı udmaq üçün…"

19 Fevral 2024 12:40 Qarabağ 5 486
“Braqa”nın baş məşqçisi vəd verdi: “Qarabağ”ı udmaq üçün…"

“Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq".

Sportinfo.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis ilk görüşdə qydə alınan 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Bakıda bunun əvəzini çıxacaqlarına inanır:

“Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi.

Artıq diqqətimizi “Qarabağ”la qarşılaşmaya yönəltmişik. Məqsədimiz mərhələ adlamaq olacaq”.

“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti