Almaniya və Şotlandiya klubları “Qarabağ”ın legioneri Abdullah Zubirlə maraqlanırlar.
Sportinfo.az-ın “onefootball.com”a istinadən məlumatına görə, söhbət “Auqsburq” və “Seltik”dən gedir.
Adıçəkilən komandalar fransalı yarımmüdafiəçini mövsümün sonunda heyətlərinə qatmaq barədə düşünürlər.
32 yaşlı hücumameyilli futbolçunun Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə görüşdə (4:2) 2 qol, 1 məhsuldar ötürmə verməsi “Auqsburq”la “Seltik”in diqqətini çəkib.
Eyni zamanda, Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.
Abdullah Zubirin “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

