"Qarabağ” ailəsi stadionu “Neftçi”nin “əlindən aldı” - VİDEO

6 Aprel 20:20 Qarabağ 1 893
"Qarabağ” ailəsi stadionu “Neftçi”nin “əlindən aldı” - VİDEO

“Qarabağ” prinsipial oyunda “Neftçi”ni meydana çıxmağa peşman etdi.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə ağdamlılar “Neftçi Arena”da bakılıları darmadağın etdi – 4:0.

Hələ oyundan əvvəl stadionun ətrafında başlayan “Qarabağ” ab-havası 90 dəqiqə davam etdi.

“Forza Neftçi” ilə “Neftçimaniya” azarkeşlər qruplarının, eləcə də, stajlı fanatların “ağ-qaralar”ın oyunlarını boykot etməsi qonaq tərəfdarların əl-qolunu açmışdı.

Tribunalarda özlərinin stadionun ağası kimi hiss edən “Qarabağ” azarkeşləri 90 dəqiqə susmaq bilmədi. Sevimli komandalarını dəstəklədilər, zaman-zaman “Neftçi”nin “bostanına daş atdılar”.

“Bizə hər yer “Qarabağ, bizə hər yer Ağdam”, “Neftçi”, Bakı, ha ha ha” – bu və digər şüarlar meydan sahibi sayılan rəqib futbolçuların əhvalına təsir etməyə bilməzdi.

İmkan tapıb Qara Qarayevin də qanını qaraltmağa imkan tapan futbolsevərlər hakimin final fitindən sonra parlaq zəfəri stadionun ağası şəklində qeyd etdilər.

HƏBİB / SPORTİNFO.AZ

Bu da oyundan sonrakı mənzərə.

Digər Xəbərlər
Xəbər Lenti