Benzianı "Qarabağ"dan hansı klublar “oğurlamaq” istəyib?

3 Aprel 13:40 Qarabağ 2 753
Benzianı "Qarabağ"dan hansı klublar “oğurlamaq” istəyib?

"Qarabağ"ın legioneri Yassin Benzia Fransanın Liqa 2 təmsilçilərindən təkliflər alıb.

Bu barədə Əlcəzair millisinin yarımmüdafiəçisi məlumat verib.

O, "Qarabağ"da xoşbəxt olduğunu və hələlik bu təkliflərə hazır olmadığını bildirib:

"Fransadan Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim.

Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam.

Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".

Karyerasının ilk illəri Fransa ilə bağlı olmuş 29 yaşlı ərəb 2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 qol ötürməsi edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Liqa 2 klublarından “Laval” və “Kan” Benziaya təklif göndərib.

Onlardan “Laval” Liqa 1-ə vəsiqə uğrunda mübarizə aparırsa, 30 tura 45 xal toplayan “Kan” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti