Qurban Qurbanov "Qarabağ"a ondan da yaxşı hücumçu gətirəcək!

7 Aprel 17:45 Qarabağ 15 842
Qurban Qurbanov "Qarabağ"a ondan da yaxşı hücumçu gətirəcək!

Yasin Benzia son vaxtlar əla formadadır.

Cərimə zərbəsindən «Səbail»ə vurduğu qola Premyer Liqaya yaraşıq verdi.

Gələndə kim idi, indi kim. Özünə gəlib, nə gəlib!

«Fənərbağça»da, «Olimpiakos»da oynayan Benzianı tanımaq olmur, ləzzət edir.

Vallah, Qurban Qurbanova halaldır! Benzianın transferini istəyəndə bütün Türkiyə mediası üstünə gəldi.

Yazan da, pozan da «o, səhv edir, Benzia bitmiş biridir» demirdimi, yadınızda?

Bu ilyarımda qiymətini qaldırdı və gələn təklifləri də bir-bir geri çevirməkdədir. Ağlı olsa. Hələ bir neçə il də burada qalar, getməz.

Eyni səbri Juninyonun da nümayiş etdirməsini istərdik. Nə edəsən ki, braziliyalı hücumçunun «Qarabağ»la vidalaşmağa tədarük görməsi yönündə xəbərlər axıb gəlməkədir.

Yeddi-səkkiz milyon avroluq təkliflər Juninyonun başını necə xarab edibsə, eşitdiyimizə görə, hər gün klubda bu söhbəti salır, ayrılıq üçün gün saydığını deyir.

«Qarabağ» Reynaldo, Dino Ndlovu, Kadi kimiləri görüb. Bu oyunçuların gedişi «Qarabağ»ı sarsıtmayıb.

Juninyo vida nəğməsi ifa eləsə, Qurban Qurbanov, uzaqbaşı, 1-2 ay axtarış içində olacaq, sonda yenə istədiyini tapacaq və gətirəcək.

Juninyodan daha yaxşısını, daha güclüsünü «Qarabağ»a qazandıracaq. Əsas odur, sistem var və o sistem saat kimi işləyir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti