
“Fənərbaxca”nın qarşısında aciz qaldığı “Benfika”ya Azərbaycan çempionu unuldumayacaq dərs verdi”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə Portuqaliya nəhəngi üzərində 3:2 hesablı qələbəylə start verməsinə münasibət bildirən tanınmış telejurnalist deyib ki, “köhlən atlar” bununla Azərbaycan futbolunda daha bir tarixi yazıb:
“İlk dəfə Çempionlar Liqasının əsas mərhələsində qələbə qazandıq.
Azarkeşlərin son günlərdə “Qaarabağ” rəhbərliyinə ünvanlanan “niyə bahalı hücumçu transfer etmədiz” iradının cavabı da, məncə, bu oyunla verildi.
Bəzilərinin dediyi kimi, hücumçusu olmayan “Qarabağ” “Benfika” kimi komandaya 3 qol vurdu. Bundan artıq nə olmalıydı ki?
4-5 milyona “Lill”dən. “Lans”dan, nə bilim, “Santa Klara”dan hücumçu alınsaydı və o, effekt verməsəydi, nə deyəcəkdik onda? Demək, əsas Qurban Qurbanovun oyun sitemidir”.