“Qarabağ” hücumçu axtarırdı, bu da o hücumçu! - VİDEO

25 Sentyabr 2025 11:40 Qarabağ 21 011
“Qarabağ” hücumçu axtarırdı, bu da o hücumçu! - VİDEO

«Elə bil, xoşbəxtlik bizə damla-damla gəlir.

«Benfika» ilə oyundan əvvəl Nəriman Axundzadənin zədələnməsi qanımızı qaraltdı».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın üzləşdiyi problemlərdən danışıb.

Tanınmış teleşərhçi bildirib ki, Qurban Qurbanov öz fantaziyası olan məşqçidir və hər dəfə komandanı bunun hesabına çətin vəziyyətdən çıxarır.

Nəriman Axundzadənin sıradan çıxması fonunda Kamillo Duranın Çempionlar Liqasının ilk matçında qol vurmasına diqqət çəkən Abbasov qeyd edib ki, təcrübəli çalışdırıcı oyunçuların yerdəyişməsi və manevr vasitələri ilə hamını təəccübləndirməyi bacarır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti