"Qarabağ" satışa çıxardı

08:50 Qarabağ 431
"Qarabağ" satışa çıxardı

Premyer Liqanın 6-cı turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ"ın ev oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər saat 12:00-dan etibarən satışdadır.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqələrinə gəlincə, oyunu izləmək istəyənlər biletləri "iTicket.az"-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.

"Qarabağ" - "Qəbələ" oyunu 26 sentyabrda keçiriləcək. "Azersun Arena"da baş tutacaq matç saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!