“Qurban Qurbanov dedi ki, bəlkə də belə bir şansımız olmayacaq, həzz alın”

11:00 Qarabağ 205
“Qurban Qurbanov dedi ki, bəlkə də belə bir şansımız olmayacaq, həzz alın”

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Çempionlar Liqasının ilk turunda Ağdam təmsilçisinin "Benfika" ilə oyununda (3:2) paltardəyişmə otağında söhbətin təfərrüatlarını bölüşüb.

"Məşqçi oyundan əvvəl dedi: "Uşaqlar, bəlkə də bir daha Çempionlar Liqasının qrup mərhələsində, belə böyük stadionlarda oynamaq şansımız olmayacaq".

"Benfika" 2-1 hesabı ilə irəlidə olanda Qurban Qurbanov fasilədə dedi ki, "Unutmayın, bu, Çempionlar Liqasıdır! Həzz alın. Oynayın! Və uşaqlarda alındı”, - Məhəmmədəliyev “Çempionat”a bildirib.

O qeyd edib ki, komanda zəif startdan sonra toparlanıb və oyunda dönüş yaradıb:

"İlk hissədə iki qol buraxdıq, lakin sonra oyuna nəzarəti ələ aldıq. Daha çox şanslar yaratdıq və özümüzə inandıq.

Biz hazırlaşırdıq və baş məşqçinin bütün göstərişlərinə əməl edirdik. Ən azından uduzmamcağı düşünürdük, amma Allah bizə qələbə nəsib etdi".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!