
"Tofiq Bəhramov adına Respublika Stadionun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmayıb".
Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
O, meydançanın daha yaxşı vəziyyətə gətirilməsi üçün işlərin davam etdirildiyini söyləyib
: "Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün Çempionlar Liqasının əsas mərhələsinin "Kopenhagen"lə oyununa qədər əla vəziyyətə gətirilməsini planlaşdırırıq".
"Qarabağ"la "Kopenhagen" oktyabrın 1-də üz-üzə gələcək.
Sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Ukrayna (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Sergey Rebrov Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün qənaətbəxş durumda olmadığını bildirib.