"Qarabağ" hər ay icarəhaqqı ödəyir - Buranı da havayı istəmirlər

24 Sentyabr 22:40 Qarabağ 284
"Qarabağ" hər ay icarəhaqqı ödəyir - Buranı da havayı istəmirlər

"Qarabağ"ın direktoru Emrah Çelikelin klubun bazasına bitişik ərazinin onlara verilməsini istəməsini fərqli yozanlar var.

Bəziləri buna belə yanaşır ki, sanki "Qarabağ" pulsuz torpaq davası edir.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, hal-hazırda klubun məskunlaşdığı baza və "Azersun Arena" SOCAR-ın balansındadır və bu torpaq "Qarabağ"a uzunmüddətli icarəyə verilib.

Yəni, "Qarabağ"a havayı torpaq verən olmayıb, klub hər ay, bəlkə də yuvarlaq rəqəm olaraq hər ilin tamamında SOCAR-a icarə haqqı ödəyir.

Söhbətin getdiyi əraziyə gəlincə, Emrah Çelikel niyə məhz bu məkanda uşaq futbol akademiyası tikmək istədiklərinə də aydlnlıq gətirib.

Həmin ərazi klubun bazasına bitişik olduğu üçün, orada gedən işlərə həm klub rəhbərliyinin, həm də Qurban Qurbanovun şəxsən nəzarət etmək imkanı olacaq. Bu, həm də mərkəzləşdirilmiş idarəetmə sistemi qurmaq baxımından da əlverişli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!