"Heç kimi bunu "Qarabağ"dan gözləmirdi" - VİDEO

11:40 Qarabağ 361
"Heç kimi bunu "Qarabağ"dan gözləmirdi" - VİDEO

"Heç kimi bunu "Qarabağ"dan gözləmirdi".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinə qələbə ilə başlaması barədə ATV kanalında yayımlanan "Futbolumuz" verlişində danışıb.

Tanınmış teleşərhçi "köhlən atlar"ın səfərdə "Benfika" üzərində əldə olunan qalibiyyəti "sənət əsəri" adlandırıb.

Qeyd edib ki, ölkəmizin çempionu Portuqaliya nəhəngi ilə oyunda möhtəşəm geridönüş etməklə bütün dünyaya səs salıb.

Ekspert Leandro Andradenin vurduğu ilk qolun "Qarabağ"a ümid verdiyini, özünəinam hissini geri qaytardığını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti