
“Qarabağ” bu gün qələbələrimizi, uğurlarımızı idman meydançalarında simvolizə edir”.
Sportinfo.az xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında bildirib.
“Kifayət qədər idman nailiyyətlərimiz var. İdman sahəmizin zəif olduğu tərəflər də var, amma ümumiyyətlə nəticələrimiz qənaətbəxşdir, yaxşıdır.
Əsasən də bizə Çempionlar Liqasında tarixi qələbəni yaşadan “Qarabağ”ın fantastik qələbəsini ürəkdən təbrik edirik. Bu qələbənin mayasında iki əsas məsələ var.
Birincisi, 30 ilə yaxın müddətdə qan yaddaşımız olan “Qarabağ” adını dünyada “Qarabağ” simvolizə edir. Tarixi qələbəmizi “Qarabağ” idman arenasında davam etdirir
İkincisi, “Qarabağ” Avropa Liqasında kiçik - hardasa 25 milyon avrodan bir az artıq büdcə ilə özündən 5-6 dəfə böyük büdcəli komandaları məğlub edir.
Burada yenə Azərbaycanı qələbə simvolizə edir. Komandada döyüşkən ruhun olması, 0:2 hesabıyla uduzduqdan sonra 3:2 udması sadəcə fantastikadır”, - deputat bildirib.