“Qarabağ”da bunu etdi - Premyer Liqada ilk

22 Sentyabr 23:20 Qarabağ 143
“Qarabağ”da bunu etdi - Premyer Liqada ilk

Premyer Liqanın 5-ci turu mövsümün ilk het-triki ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.

Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.

Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.

İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.

“Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan