
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu ilk oyunda “Benfika”lı həmyaşıdları ilə qarşılaşıb.
Matç portuqalların 1:7 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda Ağdam klubunun qapısını Teymur Həsənov qoruyub.
Qolkiperin avrokuboklarda ilk çıxışı çox uğursuz alınıb.
T.Həsənovun ailəsi də idman ictimaiyyətinə tanışdır.
Belə ki, onun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır.
Elxan Həsənov tez-tez “Qarabağ” qapıçılarının son illərdəki zəif çıxışına görə tənqid olunur.
Ata Həsənov Azərbaycan yığmasının heyətində 1:7-dən də böyükhesablı məğlubiyyətin şahidi olub.
O, 1995-ci il sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsində Fransaya 0:10 hesablı məğlubiyyətinin iştirakçılarından biridir.
Fotoda Elxan Həsənov
Fotoda Alla Həsənova