“Qarabağ”la uzunmüddətli müqavilə bağlayan əcnəbi: “Düzünü deyim ki…”

20 Sentyabr 22:20 Qarabağ 439
“Qarabağ”la uzunmüddətli müqavilə bağlayan əcnəbi: “Düzünü deyim ki…”

“Birlikdə daha böyük işlər görəcəyimizə ümid edirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın yarımmüdafiəçisi Kris Kuaku deyib.

Yayda Ağdam təmsilçisinin sıralarına daxil olan kot Divuarlı legioner Çempionlar Liqasında azarkeşlər tərəfindən böyük dəstək gördüklərini bildirib:

“Stadionda gördüyüm ab-hava ilə bağlı nə deyə bilərəm? Belə bir atmosferlə qarşılaşacağımı təsəvvür edirdimmi?

Düzünü deyimsə, xeyr. “Qarabağ”ı tanıyırdım, uğurları barədə məlumatlı idim.

Ancaq bu dərəcədə azarkeş dəstəyini düşünməmişdim. İnanılmaz dərəcədə möhtəşəm ab-hava yaratmışdılar.

Bizi dəstəkləyən, yanımızda olan, sevincimizi bölüşən hər kəsə təşəkkür edirəm. Qazandığımız qələbələr onların haqqıdır“.

Afrikalı bura Portuqaliyadan - “Mafra”dan gəlib. 25 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2018-ci ildə “Sfaksien”da (Tunis) başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 17:30 Çək və bizə göndər!
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı