
“Qurban Qurbanovun inandığı, sonadək meydanda saxladığı futbolçular layiqli mübarizə apardılar.
Bəlkə də oyunun ən yaxşılarından olan Leandor Andrade əvəz ediləndə, çoxları “niyə belə dəyişiklik edildi” deyənlər olub.
Nəticə onu göstərdi ki, hər şey ölçülüb-biçilmişdi. Əziyyət çəkirsənsə, nəvaxtsa Allah səni mükafatlandıracaq.
Ola bilsin, ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsinə qatılsaydıq, hər şey istədiyimiz səviyyədə olmazdı.
“Qarabağ”ın Çempionlar Liqasında uğurlu iştirakı hər bir azərbaycanlı məşqçinin, futbolçunun həyatında müsbət rol oynaya bilər”.
Bu açıqlama futbol mütəxəssisi Azər Bağırova məxsusdur.
Tanınmış məşqçi “Sportinfo TV”də yayımlanan və Elçin Cəfərovun aparıcısı olduğu “Avropa həftəsi” verilişində iştirak edib.
O, Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”ın səfərdə “Benfika”ya qalib gəldiyi oyun (3:2) barədə danışıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN