
Deyəsən, Ramil Şeydayevin "Qarabağ"a keçidi hələ çox müzakirə olunacaq.
"Neftçi"yə lazım olmayan forvardın Ağdam klubuna qayıdışı futbol ictimaiyyətində birmənalı qarşılanmamışdı.
Növbəti kəskin etiraz isə klubun ən böyük azarkeş ordusu olan "İmarət tayfa"dan gəlib.
Qrup bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib.
Postda 29 yaşlı futbolçunun uğurlu olub-olmamasından asılı olmayaraq "İmarət tayfa"ın mövqeyinin dəyişməyəcəyi xüsusi qeyd olunub.
Bəyanatı olduğu kimi sizə təqdim edirik.