“Qarabağ” bəxtini açdı - Ölkəsində ondan başqa ikinci futbolçu yoxdur ki...

19 Sentyabr 2025 02:40 Qarabağ 3 883
“Qarabağ” bəxtini açdı - Ölkəsində ondan başqa ikinci futbolçu yoxdur ki...

"Qarabağ"ın legioneri Leandro Andrade Kabo Verdenin tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə yendikləri Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçında nail olub.

30-cu dəqiqədə fərqlənən Andrade Kabo Verdenin Çempionlar Liqasında qol vuran ilk futbolçusu olub.

Bu ölkə Qərbi Afrikada yerləşir və 1975-ci ildə Portuqaliyadan ayrılaraq, müstəqilliyini elan edib. Ərazisi 4033 kvadrat kilometr (dünyada 176-cı), əhalisi 525 min nəfər, (dünyada 173-cü), dili portuqalcadır.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində indiyədək 5 qol vurub. Bunların hamısı legionerlərin payına düşüb.

İlk dəfə 2017/2018 mövsümündə qrup mərhələsində iştirak etdiyi vaxt Azərbaycan klubu 2 qol vurub. Həmin qolların müəllifləri braziliyalı Pedro Enrike və ispaniyalı Miçel olub.

Bu mövsüm "Benfika" ilə qarşılaşmada isə Leandro Andradedən əlavə, kolumbiyalı Kamilo Duran və ukraynalı Oleksiy Kaşuk fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti