Avropada gündəm olan Azərbaycan klubundan XOŞ XƏBƏR!

02:10 Qarabağ 209
Avropada gündəm olan Azərbaycan klubundan XOŞ XƏBƏR!

“Qarabağ” UEFA-nın reytinqində irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub.

Siyahı qurumun saytında yayımlanıb.

Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.

Reytinqə 125,500 əmsalla “Real” Madrid başçılıq edir.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan isə milli assosiasiyaların UEFA reytinqində 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!