"Qarabağ"ın prezidenti: “Mənim onlara bir mesajım var”

01:50 Qarabağ 81
"Qarabağ"ın prezidenti: “Mənim onlara bir mesajım var”

“Qarabağ” Azərbaycan futbolunun möhkəmliyini, parlaqlığını və gücünü dünyaya göstərdi.

Bu, əlbəttə ki, böyük fəxrdir. Biz böyük bir qürur hissi yaşayırıq.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

O, “Benfika” üzərində qələbəni belə şərh edib:

“Azərbaycan gənclərinə bir mesajım var: özünüzə inanın. Azərbaycanlı olmaq dünyanın ən gözəl hisslərindən biridir.

Əlbəttə, “Qarabağ”ın sistemi və illərlə toplanmış təcrübəsi var. Bu, klub daxilindəki birlik və həmrəyliyin nəticəsidir.

Qarşımızda son 9 oyunda məğlub olmayan bir klub var idi. Büdcəsi bizdən bəlkə də 15 dəfə böyük olan bir rəqiblə qarşılaşdıq.

“Benfika” möhtəşəm klubdur. Onun rəhbəri, prezidenti – alicənab Rui Koşta özü də futbol adamıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!