Medina deyir, sürpriz deyil: “Biz də qələbələr istəyirik, addım-addım getməliyik”

09:20 Qarabağ 126
Medina deyir, sürpriz deyil: “Biz də qələbələr istəyirik, addım-addım getməliyik”

“Bu “Qarabağ” üçün tarixdir, möhtəşəm qələbədir”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.

Kolumbiyalı Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb:

“Bütün oyunçular olaraq sevinirik. Biz bu matça hazırlaşmışdıq.

Nəticədə geridönüşlə qələbə qazandıq. Düşünürəm ki, bu qələbə sürpriz deyil.

Bütün oyunçularımızla düşündüyümüz bir şeydir. Biz öncədən də Lissabona qalibiyyət üçün getmişdik”.

Medina “bundan sonra gözləntilər yüksəlir, ÇL-də növbəti mərhələ haqqında düşünmək olar” sualına isə belə cavab verib:

“Hazırda növbəti – “Araz-Naxçıvan”la oyuna hazırlaşırıq, onu düşünəcəyik. Çempionlar Liqası böyül turnirdir, böyük komandalar var.

Biz də qələbələr istəyirik. Addım-addım getməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!