“Qarabağ” bu hücumçunun keçidini reallaşdırdı - SON DƏQİQƏ

18 Sentyabr 2025 10:40 Qarabağ 24 072
“Qarabağ” bu hücumçunun keçidini reallaşdırdı - SON DƏQİQƏ

«Qarabağ» bu gün növbəti transferini rəsmiləşdirib.

«Neftçi»dən ayrılan Ramil Şeydayevin yenidən Ağdam klubuna dönüşü reallaşıb.

Millinin hücumçusu «köhlən atlar»la 1+1 illik müqavilə imzalayıb. Keçid bu gün açıqlanacaq.

29 yaşl forvard 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"ın şərəfini qoruyub.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.

Azərbaycan çempionu cari mövsümə 6 yeni oyunçu ilə başlayıb.

Bunlar Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə), Joni Montiel ("Rayo Valyekano", İspaniya) və Kamilo Durandır (“Portimonense”, Portuqaliya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO