Yeni gələn hücumçu: “Təslim olmadıq, xoşbəxtlikdən mən də qol vurmağı bacardım”

01:10 Qarabağ 76
Yeni gələn hücumçu: “Təslim olmadıq, xoşbəxtlikdən mən də qol vurmağı bacardım”

"Bu qələbəyə görə çox sevinirik. Xoşbəxtlikdən mən də qol vurmağı bacardım".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Kamilo Duran Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Benfika"ya qalib gəldikləri (3:2) oyundan sonra deyib.

Oyunda ilk qolun ötürməsini verən və ikinci qolun müəllifi olan kolumbiyalı hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında səfər qələbəsini belə şərh edib:

"Bilirdik ki, asan olmayacaq, amma səylə çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq.

0:2 geridə idik, amma təslim olmadıq. Daim irəli getməyə çalışdıq və istədiyimizə qələbə ilə nail olduq".

"Qarabağ" Kamilo Duranı bu yay Portuqaliyanın 2-ci liqa təmsilçisi “Portimonense”dən transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM