Müşahidəçilər qrupu rəy verdi: “O, “Qarabağ” üçün çox vacib transferdir”

00:40 Qarabağ 172
Müşahidəçilər qrupu rəy verdi: “O, “Qarabağ” üçün çox vacib transferdir”

Çempionlar Liqasının 1-ci turunun “Benfika” - “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusunu müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçilər qrupunun qiymətləndirməsinə görə, bu ada “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo layiq görülüb.

Bu haqda UEFA-nın saytı məlumat verib. Müşahidəçilər qrupunun verdiyi rəyə əsasən, Bikalyo komandası üçün çox vacib transferdir.

“O, oyunda dördlü müdafiə xəttinə kömək etdi və “Benfika”nın presinqini yararaq oyunu qurmaq imkanı yaratdı. Taktiki baxımdan çox savadlı çıxış edərək, “Qarabağ”a zəruri balansı yaratdı.

Bu balans həm “Benfika”nın oyun üslubuna qarşı aqressiv müqavimət göstərmək, həm də müdafiədə etibarlılığı təmin etmək üçün vacib idi”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM