
"Bu, fantastik nəticədir!
Bütün komanda çətin məqamda bütövləşə bildi. Yarımmüdafiədə maraqlı mübarizənin şahidi olduq.
Yankoviç-Bikalyo dueti, mərkəzdə toplu və topsuz oyunlarda yüksək faydalı iş əmsalı... Mental hazırlıq isə öz yerində".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.
Aparıcı Elçin Cəfərov futbol mütəxəssisi Azər Bağırov ilə birlikdə Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində keçirilən “Benfika” - “Qarabağ” matçı (2:3) ilə bağlı şərhlər verib, komandamızın Portuqaliyada qazandığı qalibiyyətdən geniş danışıblar.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN